Maraqlı

Saçından evinə qədər hər yer yaşıldır — FOTOLAR

Saçından evinə qədər hər yer yaşıldır — FOTOLAR

Bəzi insanlar modanı izləyir, bəziləri isə öz dünyasını qurur. Nyu-Yorkda yaşayan 83 yaşlı Elizabet Svitart məhz öz fərqli dünyasını yaradan şəxslərdən biridir.

Demokrat.az xəbər verir ki, illərdir həyatındakı demək olar ki, hər detalı yaşıl rənglə formalaşdıran Svitart bu gün dünyanın ən qeyri-adi obrazlarından biri sayılır. "Bruklinin yaşıl qadını" kimi tanınan Elizabet bu tərzinin insanları hələ də təəccübləndirdiyini deyib. Küçədə hər kəsin onunla şəkil çəkdirmək istədiyini bildirən Elizabet insanların üzündəki təbəssümün onu xoşbəxt etdiyini vurğulayır.

83 yaşlı qadının yalnız geyimləri deyil, evindəki qəhvə maşınından tutmuş mətbəx əşyalarına qədər hər şey yaşıldır. Hətta saçlarını da bu rəngə boyadan sənətçi yaşılın ona hüzur verdiyini deyib. Svitartın hekayəsi 1964-cü ildə gənc rəssam kimi Nyu-Yorka gəlməsi ilə başlayıb. Moda və dizayn sahəsində çalışdığı illər ərzində rənglərlə sıx əlaqədə olan qadın zamanla yaşılı həyatının mərkəzinə qoyub.

Saçından evinə qədər hər yer yaşıldır — FOTOLAR
Saçından evinə qədər hər yer yaşıldır — FOTOLAR
Saçından evinə qədər hər yer yaşıldır — FOTOLAR

Sosial şəbəkələrdə yüz minlərlə izləyicisi olan yaşlı qadın xüsusilə gənclərin diqqətini çəkir. Bir çox istifadəçi onun videolarını insana xoş əhval bəxş edən kontent kimi dəyərləndirir.Ekspertlər də parlaq rənglərin insan psixologiyasına müsbət təsir etdiyini və yaşılın güvən hissi yaratdığını bildirirlər.

Həyat yoldaşı Robert ilə birlikdə illərdir "yaşıl dünya"da yaşayan sənətçi bu vəziyyətdən çox məmnundur. Onun fikrincə, əsas məsələ diqqət çəkmək deyil, insanın özünü həqiqətən xoşbəxt edən şeyi tapmasıdır.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova