Avto Özəl

Azərbaycandakı sürücülər də istifadə edə biləcək — Süni intellektli maşınlar gəlir

Azərbaycandakı sürücülər də istifadə edə biləcək — Süni intellektli maşınlar gəlir

Məşhur avtomobil istehsalçısı "Volvo" sürücülər üçün inqilabi yenilik hazırlayıb. 2020-ci ildən sonra istehsal olunan və "Google" sisteminə malik olan modellər süni intellektlə təchiz ediləcək.

Demokrat.az xəbər verir ki, bu yenilik sayəsində avtomobillərdə "Google Gemini" köməkçisi fəaliyyətə başlayacaq. Yeni sistem ilk olaraq ABŞ-da, daha sonra isə digər ölkələrdə, o cümlədən Azərbaycanda istifadəyə veriləcək. "Gemini" adi səsli köməkçilərdən fərqli olaraq, sürücü ilə daha təbii və canlı ünsiyyət qurmaq bacarığına malikdir.

Süni intellekt sürücülərə müxtəlif təkliflər verə, alternativ marşrutlar düşünə və hazır mesajlar göndərə biləcək. Bu funksiya avtomobil idarəetməsini daha asan və maraqlı hala gətirəcək. Yenilik "Volvo"nun bir çox məşhur modelini, o cümlədən XC90, XC60, S90 və yeni nəsil elektrikli modelləri əhatə edəcək.

Təhlükəsizlik sahəsində dünya lideri olan "Volvo" bu addımı ilə həm də gələcəyin texnologiyalarına nə qədər yaxın olduğunu göstərir. Şirkət həm təhlükəsizlik sistemlərini qoruyur, həm də minimalizmə əsaslanan dizaynı süni intellektlə birləşdirir. Tamamilə elektrikli gələcəyə hazırlaşan marka, bu yeniliklə rəqiblərini geridə qoymağı hədəfləyir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova