İdman Özəl

Mauro İkardi "Qalatasaray"dan bu kluba transfer olunur

Mauro İkardi Qalatasaraydan bu kluba transfer olunur

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi klubdan ayrılmağa hazırlaşır.

Demokrat.az xəbər verir ki, futbolçunun yeni ünvanının yaxın zamanda bəlli olacağı iddia edilir.

"Qalatasaray"la 4-cü mövsümünü keçirən və klubla bir neçə dəfə Türkiyə Super Liqası çempionluğu yaşayan İkardinin müqaviləsi mövsümün sonunda başa çatır. İspaniya mətbuatında yayılan xəbərlərə görə, Argentina klublarından “River Plate” onu transfer etmək üçün hərəkətə keçib.

Məlumatlara əsasən, futbolçunun “Qalatasaray”dan ayrılmaq qərarına yaxın olduğu və “River Plate” təklifinə müsbət yanaşdığı bildirilir.

İkardi “Qalatasaray” forması ilə indiyə qədər 132 rəsmi oyunda meydana çıxıb. O, bu matçlarda 77 qol vurub və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova