Bakının Nizami rayonunda 31 yaşlı kişi tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəki rayon sakini, 1995-ci il təvəllüdlü Taleh tanışı Elmar (adlar şərtidir – red.) mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə iş məsələsi ilə bağlı olub.
Belə ki, Elmar məlum hadisə günü, saat 16:30-da işdən çıxıb və evinə gedən zaman əvvəllər tanıdığı Taleh ilə küçədə görüşüb. Görüş zamanı Taleh işdən çıxarılması ilə əlaqədar Elmarı günahlandırması ilə bağlı aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, qəsdən əli ilə Elmarın baş və sifət nahiyələrinə bir neçə dəfə zərbələr vurub.
Faktla bağlı Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını qeyd edib və barəsində olan işin icraatına xitam verilməsini xahiş edib. Bu barədə məhkəməyə ərizə təqdim edib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


