İdman Özəl

Volkan Demirel istefaya göndərildi

Volkan Demirel istefaya göndərildi

Tanınmış türk məşqçi Volkan Demirel istefaya göndərilib.

Demokrat.az xəbər verir ki, Türkiyə Super Liqasında çıxış edən "Gənclərbirliyi" klubu baş məşqçi ilə yollarını ayırıb.

Buna səbəb komandanın çempionatda uğursuz çıxışı olub.

Belə ki, komanda onun rəhbərliyi altında 32 turda 28 xal toplayıb və 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, Volkan Demirel 2025-ci ildə də "Gənclərbirliyi"nə başçılıq edib və bu ilin əvvəlində yenidən komandanın baş məşqçisi təyin edilib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova