İdman

“Qarabağ” “Turan Tovuz”la qarş-qarşıya

“Qarabağ” “Turan Tovuz”la qarş-qarşıya

Misli Premyer Liqasında 30-cu tur davam edir.

Demokrat.az xəbər verir ki, 3-cü oyun gününə 1 matç nəzərdə tutulub.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 19:30-da başlayacaq.

Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 59 xalla 2-ci, Tovuz klubu isə 56 xalla 2-cidir. Ona görə də bu matç 2-ci yerin taleyi baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki oyunlarında “Qarabağ” qalib gəlib.

4 may (bazar ertəsi)

19:30. “Qarabağ” – “Turan Tovuz” T.Bəhramov adına Respublika stadionu

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” – “Neftçi”

2 may (şənbə)

“Araz-Naxçıvan” - “İmişli” - 0:1

“Kəpəz” - “Sumqayıt” - 2:1

3 may (bazar)

“Zirə” - “Qəbələ” - 1:0

Demokrat.az

NE
Nihadə Eyyubova