İdman

Oktay Çubuqun vəziyyəti necədir?

Oktay Çubuqun vəziyyəti necədir?

Bir neçə gün əvvəl ürəyi dayanaraq klinik ölüm keçirən Oktay Çubuk-un müalicəsi davam edir.

Məlumata görə, aktyor artıq reanimasiyadan çıxarılıb və müalicəsinin davamı üçün adi palataya köçürülüb.

Xatırladaq ki, 30 yaşlı aktyor anası ilə birlikdə qaldığı hotelin idman zalında məşq edərkən qəfil huşunu itirərək yerə yıxılıb. Hadisə zamanı ona dərhal ilkin tibbi yardım göstərilib və həyatı xilas edilib. O, bir neçə gün reanimasiya şöbəsində həkim nəzarətində qalıb.

Oktay Çubuk “Ah Nerede”, “Can Borcu”, “Adım Farah” və “Baba” seriallarındakı rolları ilə tanınır.

Demokrat.az

NE
Nihadə Eyyubova