İdman Özəl

İçib özünü rüsvay etdi — FOTO

İçib özünü rüsvay etdi — FOTO

Tanınmış futbolçu Cek Qriilişin əyləncə mərkəzlərinin birində çəkilən görüntüləri medianın gündəminə bomba kimi düşüb. İngiltərəli yarımmüdafiəçinin özündən gedəcək dərəcədə içki qəbul etməsi azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.

Demokrat.az xəbər verir ki, hazırda "Everton"da çıxış edən ulduz futbolçu dostları ilə birgə qatıldığı məclisdə spirtli içkinin dozasını qaçırıb. Bir müddət sonra oturduğu yerdə yuxuya qalan idmançının vəziyyəti ətrafdakı insanların diqqətindən yayınmayıb. Hadisə şahidləri həmin anları mobil telefonun yaddaşına köçürərək sosial şəbəkələrdə paylaşıblar.

İçib özünü rüsvay etdi — FOTO

Qısa müddət ərzində sürətlə yayılan görüntülərdə Qriilişin özünü idarə edə bilmədiyi və ətrafda baş verənlərə reaksiya vermədiyi aydın görünür. "Mançester Siti"nin keçmiş üzvünün bu hərəkəti futbol ictimaiyyətində geniş müzakirələrə və tənqidlərə yol açıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova