İndiyə qədər ölkədə lizinq şirkəti açmaq üçün sadəcə vergi qeydiyyatı kifayət edirdi. Bu isə o demək idi ki, kim istəsə lizinq fəaliyyəti ilə məşğul ola bilirdi, dövlət qurumlarına hesabat vermirdi və bəzi hallarda vətəndaş hüquqları pozulurdu.
Demokrat.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan "Maliyyə icarəsi haqqında" qanun layihəsində bu sahədəki problemlərin həlli ilə bağlı yeni məqamlar var.
Demokrat.az

