Şou-biznes

Zaur Kamal yeni verilişlə efirə qayıdır

Zaur Kamal yeni verilişlə efirə qayıdır

ARB TV-nin tanınmışaparıcısı Zaur Kamal yenidən efirə qayıdacaq.

Demokrat.azManset.az-a istinadən xəbər verir ki,Zaur Kamal mayın 4-də ARB TV-də adı hələlikbəlli olmayan proqramla efirə çıxacaq.

Teleaparıcının “Həmin Zaur”layihəsinin adı dəyişdirilərək,başqa adla təqdim ediləcək.

Zaur Kamal da məsələ barədə açıqlama verib: “Mayın 4-də efirə qayıdırıq. ARB TV-də yayımlanacaq”..

Qeyd edək ki,ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri, eləcə də, Xoşqədəm Hidayətqızı və Zaur Kamalınproqramları efirdən çıxarılıb. Buna səbəb kimi həmin proqramların bayağılığı və efir normalarına uyğunsuzluğu göstərilib.

Demokrat.az

NE
Nihadə Eyyubova