Şanlıurfada yaşayan Gülşen Tatlıses sosial media hesabında etdiyi paylaşım ilə qısa müddətdə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, İbrahim Tatlısesin qızı paylaşımında “Mən həyatın bizi məşğul etdiyi vaxtlarda da mənə yer ayıra bilən insanları sevirəm. Onsuz da hamımız məşğuluq” sözlərini yazıb.
Bu ifadələr izləyicilər arasında fərqli cür şərh olunub. Bəzi istifadəçilər paylaşımın konkret bir şəxsə ünvanlandığını düşünsə də, digərləri bunu ümumi həyat baxışı kimi qiymətləndirib. Paylaşımdan sonra sosial şəbəkələrdə çoxsaylı rəylər yazılıb və mesajın kimə aid olduğu müzakirə mövzusuna çevrilib.
Tatlıses ailəsi son dövrlərdə sosial media paylaşımları ilə tez-tez gündəmdə qalır. Gülşen Tatlısesin bu paylaşımı da diqqət çəkən nümunələrdən biri olub.
Qeyd edək ki, məşhur müğənni İbrahim Tatlıses öd kisəsi əməliyyatından sonra xəstəxanadan çıxarkən mirası ilə bağlı verdiyi qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Sənətçi bütün sərvətini dövlətə bağışladığını elan edib.
Leyla Demokrat.az

