Vaxtilə Türkiyənin "Beşiktaş" və "Sivasspor" kimi tanınmış klublarında oynamış məşhur futbolçu Maykl Eneramo 40 yaşında ürək çatışmazlığından vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə Nigeriya Milli Komandasının rəsmi sosial media hesabı məlumat yayıb. Futbol karyerasını 2018-ci ildə başa vuran 40 yaşlı keçmiş forvardın ürəktutması nəticəsində vəfat etdiyi bildirilir. Maraqlıdır ki, Eneramonun səhhətindəki ciddi problemlər hələ illər əvvəl, karyerasının zirvəsində olduğu vaxtlarda üzə çıxmışdı.
2013-cü ildə "Sivasspor"dan "Beşiktaş"a keçid hazırlığı zamanı tibbi müayinədən keçən futbolçunun ürəyində ciddi qüsurlar aşkarlanmışdı. Həmin vaxt həkimlər onun ürək əzələlərinin səmərəli işləmədiyini və damarlarında yaranan problemin gələcəkdə həyatı üçün böyük risk daşıdığını müəyyən etmişdilər. Hətta bu səbəbdən onun yaşıl meydanlara çıxması bir müddət sual altına düşmüşdü.
Karyerası ərzində "Beşiktaş"la yanaşı "Başakşehir", "Karabükspor" və "Manisaspor" kimi klubların da formasını geyinən Eneramo ümumilikdə çıxdığı 296 rəsmi oyunda 126 dəfə rəqib qapılarına yol tapmağı bacarmışdı.
İsmayıl Demokrat.az


