Gündəm

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

Sabah saat 09:00-dan etibarən Balakən Qazpaylayıcı Stansiyanın (QPS) Balakən ölçü qovşağından (Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə cəmi 20 351 əhali və 257 qeyri-əhali abonenti) qaz təchizatının dayandırılması planlaşdırılır.

Demokrat.azxəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması Balakən qaz paylayıcı stansiyanın daxili xəttin üzərindəki qaz tənzimləyicinin yenisi ilə əvəz olunması, QPS-in daxilində və Balakən rayonu ərazisində olan qaz sızmalarının aradan qaldırılması ilə əlaqədardır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova