Dünya

Tramp Avropanı "kağız pələng" adlandırdı

Tramp Avropanı kağız pələng adlandırdı

ABŞ Prezidenti Donald Tramp, Avropanın "özünü nizamlamasa", yox olma təhlükəsi ilə üzləşə biləcəyini bildirib.

Demokrat.az CNBC-yə istinadən xəbər verir ki, bu açıqlamanı o, aprelin 21-də verib. Tramp, Avropanın enerji və miqrasiya məsələlərində nizam yaratmağı vacib hesab etdiyini və bu addım atılmadığı təqdirdə Avropanın varlığının təhlükə altında ola biləcəyini vurğulayıb.

Tramp daha əvvəl dəfələrlə Avropanı "kağız pələng" adlandırıb. O, həmçinin NATO-nun ABŞ-dan asılı olduğunu və Vaşinqtonun dəstəyi olmadan alyansın heç bir gücünün olmayacağını qeyd edib.

ABŞ Prezidenti, bu məsələlərlə bağlı fikirlərini siyasətə başlamazdan əvvəl də səsləndirdiyini və baş verənləri diqqətlə izlədiyini əlavə edib.

Demokrat.az

NE
Nihadə Eyyubova