Gündəm

Yetkinlik yaşına çatmayanlarla bağlı mühüm TƏLƏB

Yetkinlik yaşına çatmayanlarla bağlı mühüm TƏLƏB

Daxili İşlər Nazirliyində (onlayn formatda) Kollegiya iclası keçirilib.

İclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov görülən işlərin ümumilikdə qənaətbəxş olduğunu bildirib.

Bununla yanaşı, nazir bəzi ərazi polis orqanlarının fəaliyyətində nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini tapşırıb.

Vilayət Eyvazov xüsusilə yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən qorunması istiqamətində profilaktik işlərin gücləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin sosial şəbəkələrin zərərli təsirlərindən uşaqların müdafiəsi məqsədilə aidiyyəti qurumlarla birgə maarifləndirmə tədbirlərinin davam etdirilməsini tələb edib.

Demokrat.az

NE
Nihadə Eyyubova