Gündəm

Bəxtiyar Məmmədov: "Metroda hansısa yanğın və ya partlayış qeydə alınmayıb"

Bəxtiyar Məmmədov: Metroda hansısa yanğın və ya partlayış qeydə alınmayıb

"Metro stansiyalarına gələn gərginlik xəttində baş vermiş qısaqapanma zamanı hər hansısa yanğın və ya partlayış qeydə alınmayıb".

Demokrat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisə zamanı metropolitenin bütün mühafizə sistemi işlək vəziyyətdə olduğundan onlar işə düşüb:

"Bütün mühafizə sistemləri dərhal işə düşüb və ona görə də hər hansısa bir yanğın və ya digər hadisə baş verməyib".

Demokrat.az

NE
Nihadə Eyyubova