Gündəm

Bakı metrosu hazırda — VİDEO/FOTOLAR

Bakı metrosu hazırda — VİDEO/FOTOLAR

Xəbər verdiyimiz kimi,Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov-Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

"Qara Qarayev-Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcəyi bildirilib. (milli.az)

Məqaləyə dair fotomateriallar:

Bakı metrosu hazırda — VİDEO/FOTOLAR

Bakı metrosu hazırda — VİDEO/FOTOLAR

Bakı metrosu hazırda — VİDEO/FOTOLAR

Bakı metrosu hazırda — VİDEO/FOTOLAR

Bakı metrosu hazırda — VİDEO/FOTOLAR

NE
Nihadə Eyyubova