Aprel ayının son on beş günü ulduzların düzülüşü əksər bürclər üçün dinc mühit yaradacaq. Bu müddətdə həyatın ritmi yavaşlasa da, bəzi bürclər üçün taleyin sürprizləri qaçılmaz olacaq.
Demokrat.az xəbər verir ki, aprelin ikinci yarısı xüsusilə üç bürc üçün maliyyə yüksəlişi və böyük imkanlar dövrü kimi yadda qalacaq.
Buğa bürclərini əsl sürprizlər gözləyir. Onlar gözləmədikləri mənbələrdən həm maddi qazanc, həm də mənəvi mükafat alacaqlar. Pulun daha asan gəldiyi bu günlərdə xoş xəbərlər ard-arda gələcək.
Oxatanlar üçün kainat əlçatmaz görünən arzuları reallaşdırmaq şansı tanıyacaq. Səylərin maliyyə bəhrəsini görmək vaxtıdır. İndi atılan qətiyyətli addımlar gələcək uğurların təməli olacaq.
Xərçəng bürcü altında doğulanlar isə tam ümidlərini kəsdiyi bir məqamda istədiklərinə nail olacaqlar. İş həyatındakı bu uğur onlara həm daxili rahatlıq, həm də özünə inam qazandıracaq.
Digər bürclər üçün də vəziyyət maraqlıdır. Əqrəblər emosional alış-verişdən qaçmalı, Oğlaqlar isə ani qazanc deyil, uzunmüddətli hədəflərə yönəlməlidirlər. Dolça və Əkizlər üçün yeni iş imkanları qapıdadır, lakin bu təkliflərin bəhrəsi bir qədər sonra görünəcək. Qız bürcü gözlənilməz xərclərlə qarşılaşsa da, daxili hissləri sayəsində balansı qoruya biləcək. Şir, Tərəzi və Balıqlar üçün isə bu dövr daha çox daxili sakitlik, nizam və enerjini bərpa etmək üçün əlverişlidir.
Demokrat.az


