Gündəm

“Qala Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının iclası çağrıldı

“Qala Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının iclası çağrıldı

İyunun 4-ü, saat 12:00-da “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası çağrılır.

Bu barədə Demokrat.az-a “Qala Sığorta” ASC-dən məlumat verilib.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

Cəmiyyətin 2025-ci il üzrə illik maliyyə hesabatlarının təsdiq olunması,

Cəmiyyətin 2025-ci il üzrə illik idarəetmə hesabatının təsdiq olunması.

İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər barədə.

Demokrat.az

NE
Nihadə Eyyubova