Aprelin 21-nə gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı ehtimal olunur.
Demokrat.az xəbər verir ki, yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli intensivləşəcəyi və şimşək çaxacağı gözlənilir. Axşama doğru yağıntı tədricən kəsiləcək. Şimal-qərb küləyi arabir güclənsə də, gündüz saatlarında mülayimləşəcək. Havanın temperaturu gecə 10-12°, gündüz isə 12-14° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava yağıntılı keçəcək. Bəzi bölgələrdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Axşam saatlarında əksər rayonlarda yağıntılar tədricən dayanacaq. Temperaturun gecə 7-11°, gündüz 13-18° isti, dağlarda isə gündüz 5-10° isti olacağı proqnozlaşdırılır.
Yəni, sabah paytaxtda və bölgələrdə yağışlı hava gözlənilir, dağlara qar yağacaq, lakin axşama doğru yağıntılar kəsilməyə başlayacaq.
Demokrat.az


