Sosial

Saat 10-dan iki rayonda qaz kəsiləcək

Saat 10-dan iki rayonda qaz kəsiləcək

Bu gün saat 10:00-dan başlayaraq paytaxtın Qaradağ və Sabunçu rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Belə ki, aparılacaq işlərlə əlaqədar Qaradağ rayonunun Sahil qəsəbəsinin, Sabunçu rayonunun Zabrat-1 qəsəbəsinin Neftçilər və Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti dayandırılacaq.

Demokrat.az

NE
Nihadə Eyyubova