Keçmiş rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov uzun müddətdən sonra ictimaiyyət arasında görünüb.
Demokrat.az xəbər verir ki, o,Elm və Təhsil NazirliyiRiyaziyyat İnstitutunun Sosial iqtisadi proseslərin qeyri-səlis modernləşdirilməsi laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Qorxmaz İmanovun85 illik yubileyinə qatılıb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasındakeçirilən tədbirdə Ə.Abbasov da çıxış edib.
Xatırladaq ki, Əli Məhəmməd oğlu Abbasov1953-cü il yanvarın 1-də Naxçıvanda anadan olub. 2004-2015-ci rabitə və informasiya texnologiyaları naziri olub (hazırda Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi).
Demokrat.az


