İdman

"Karvan-Yevlax" "Şamaxı"nı məğlub etdi

Karvan-Yevlax Şamaxını məğlub etdi

Azərbaycan Premyer Liqasının XXVIII turunda "Karvan-Yevlax" doğma divarlar arasında "Şamaxı"ya qalib gəlib.

Demokrat.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma ev sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb.

Yeganə qolu 39-cu dəqiqədə Coy-Slayd Mikels vurub.

Bu nəticədən sonra Yevlax təmsilçisi xallarını 14-ə çatdırıb. "Karvan-Yevlax" turnir cədvəlinin sonuncu pilləsində, Şamaxı təmsilçisi isə 32 xalla 8-ci sırada yer alıb.

Demokrat.az

NE
Nihadə Eyyubova