Hava Özəl

Sabahın havası açıqlandı: Yağış, şimşək, dolu...

Sabahın havası açıqlandı: Yağış, şimşək, dolu...

Milli Hidrometeorologiya Xidməti sabah ölkə ərazisində müşahidə olunacaq hava proqnozunu təqdim edib. Paytaxtda və bölgələrdə fərqli iqlim şəraitinin hökm sürəcəyi bildirilir.

Demokrat.az-ın məlumatına görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında bəzi ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Səhər saatlarında cənub-qərb küləyi şimal-şərq istiqamətli küləklə əvəz ediləcək. Yarımadada temperatur gecə 8-10, gündüz isə 15-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək olaraq 767 mm civə sütunu, rütubət isə gündüz saatlarında 50-60 faiz civarında olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraiti nisbətən mürəkkəb keçəcək. Əksər yerlərdə yağıntı gözlənilməsə də, gündüz bəzi bölgələrdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı və dolu düşəcəyi proqnozlaşdırılır. Dağlıq ərazilərdə isə yağıntıların qar şəklində olacağı ehtimalı var. Bəzi yerlərdə duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu rayonlarda gecə 5-9, gündüz 16-21 dərəcə isti olacaq. Dağlıq rayonlarda soyuq hava davam edəcək. Burada temperaturun gecə 5-10 dərəcə şaxta, gündüz isə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Yəni sabah paytaxtda mülayim və əsasən yağmursuz hava olsa da, rayonlarda gündüz saatlarında qısamüddətli yağış, şimşək və dağlıq yerlərdə qar yağacağı gözlənilir.

Demokrat.az

NE
Nihadə Eyyubova