Azərbaycanda qarşıdakı bayram günləri ilə əlaqədar iş rejimində dəyişiklik ediləcək. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram ərəfəsində iş vaxtının müddəti qısaldılır.
Demokrat.az xəbər verir ki, Qanunvericiliyin 108-ci maddəsi nəzərdə tutur ki, rəsmi bayram günündən əvvəlki iş günü bir saat azaldılmalıdır. Bu qayda 27-28 may tarixlərində qeyd olunacaq Qurban bayramı münasibətilə mayın 26-na da şamil edilir. Beləliklə, çərşənbə axşamına təsadüf edən həmin gün ölkə ərazisində qısaldılmış iş günü hesab olunur.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı və təqvimə əsasən, mayın 27-dən ayın sonuna qədər ardıcıl beş gün ölkədə qeyri-iş günü elan edilib. İş prosesi iyun ayının ilk günündən etibarən bərpa olunacaq.
Yəni, Qurban bayramı tətili başlamazdan əvvəl, yəni mayın 26-da hamı işdən bir saat tez çıxacaq və növbəti beş gün istirahət olacaq.
Demokrat.az


