Vəzifəsindən azad edilən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin yerinə yeni təyinat həyata keçirilib.
Demokrat.az manset.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Kamil Bektaşi sədrin müşaviri vəzifəsinə təyin olunub.
Məlumata görə, Kamil Bektaşi bundan əvvəl “AzInTelecom” MMC-də departament direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Məhəmməd Paşazadə ASCO sədrinin müşaviri vəzifəsindən azad edildikdən sonra bu vəzifəyə təyin olunan yeganə şəxs Kamil Bektaşi olub.
Demokrat.az


