Azərbaycanın əksər rayonlarında sabah hava şəraiti dəyişəcək. Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına görə, bölgələrdə arabir yağıntı müşahidə olunacaq.
Havanın bəzi yerlərdə daha intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə isə yağıntıların qara keçəcəyi ehtimalı var.
Sinoptiklər qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edərək bəzi bölgələrdə prosesin qısamüddətli, lakin güclü olacağını bildirirlər.
Demokrat.az


