Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu keçəcək. Gün ərzində paytaxtda yağıntı gözlənilmir.
Səhər saatlarında cənub-qərb küləyi əssə də, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək və arabir güclənəcək. Paytaxtda temperatur gecə 12, gündüz isə 17 dərəcəyədək yüksələcək.
Bölgələrdə isə hava şəraiti əsasən yağmursuz keçsə də, bəzi dağlıq ərazilərdə vəziyyət fərqli olacaq. Gecə və axşam saatlarında şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq yerlərdə isə qar yağacağı ehtimal edilir.
Rayonlarda gündüz saatlarında havanın temperaturu 23 dərəcəyə çatacaq. Dağlıq rayonlarda isə temperaturun 18 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Atmosfer təzyiqində artım müşahidə olunacaq və duman ehtimalı qalır.
Demokrat.az


