Şou-biznes

Daha bir məşhur sima "Yeraltı"da — FOTO

Daha bir məşhur sima Yeraltıda — FOTO

NOW telekanalının böyük maraqla izlənilən "Yeraltı" serialının aktyor heyətinə yeni sima qatılır. Deniz Can Aktaş, Uraz Kaygılaroğlu, Devrim Özkan və Sümeyye Aydoğan kimi tanınmış adların yer aldığı layihədə növbəti bölümlərdən etibarən Murat Göçmez də görünəcək.

Aktyor fenomen serialın 11-ci bölümündən etibarən Cengiz obrazına həyat verəcək. Murat Göçmez ekran işinə qonaq aktyor qismində daxil olur. Onun canlandıracağı obrazın hekayəyə yeni bir intiqam xətti gətirəcəyi gözlənilir.

Qeyd edək ki, "Medyapım" imzasını daşıyan serial hər həftənin çərşənbə axşamları tamaşaçı qarşısına çıxır.

Daha bir məşhur sima Yeraltıda — FOTO
Demokrat.az

NE
Nihadə Eyyubova