Hava

Sabah 18 dərəcə isti olacaq

Sabah 18 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gecə saatlarında bəzi ərazilərdə az yağış yağacağı ehtimal edilir.

Paytaxtda şimal-qərb küləyi əssə də, səhərə doğru mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Bakıda havanın temperaturu gündüz saatlarında 18 dərəcəyə qədər yüksələcək.

Ölkənin rayonlarında isə hava şəraiti nisbətən fərqli keçəcək. Bəzi bölgələrdə arabir yağıntı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Xüsusilə şimal və şərq rayonlarında proseslərin daha intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Dumanlı hava şəraiti ilə müşayiət olunan yağıntılar axşama doğru tədricən kəsiləcək.

Rayonlarda temperaturun 22 dərəcəyədək isinəcəyi ehtimal olunsa da, dağlarda gecə saatlarında şaxta qeydə alına bilər.

Demokrat.az

NE
Nihadə Eyyubova