Hadisə ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyindən Demokrat.az saytına verilən məlumata görə, birliyin əməkdaşları operativ surətdə əraziyə gəlib, ağacı kəsib götürüblər və ərazini təmizləyiblər. Hal-hazırda yol açıqdır.
******* 08:35
Bakıda ağacın aşması nəqliyyatın hərəkətinə mane olub.
Demokrat.az xəbər verir ki, Oxu.Az-a daxil olan məlumata görə, hadisə paytaxtın Neapol küçəsində qeydə alınıb.
Bildirilib ki, küçədə ağacın aşması nəticəsində yol müvəqqəti olaraq bağlanıb.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, həmin ərazidən keçən 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların istiqaməti dəyişdirilib.
Hazırda avtobuslar alternativ olaraq əsas yol ilə hərəkət edirlər.
Demokrat.az


