Milli Hidrometeorologiya Xidməti aprelin 5-nə gözlənilən hava proqnozunu açıqlayıb. Məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi ərazilərdə isə yağıntının intensiv olacağı gözlənilir.
Paytaxtda mülayim şimal-qərb küləyi arabir güclənəcək, temperatur gündüz saatlarında 15 dərəcəyə qədər yüksələcək.
Rayonlarda da hava şəraiti qeyri-sabit keçəcək. Bəzi bölgələrdə yağıntı, dağlıq ərazilərdə isə qar proqnozlaşdırılır. Xüsusilə şərq rayonlarında yağışın güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman müşahidə ediləcək, qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu rayonlarda gecə 11, gündüz 20 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gündüz temperaturun 13 dərəcəyə qədər artacağı gözlənilir. Atmosfer təzyiqinin yüksəlməsi və nisbi rütubətin 85 faizə çatması gözlənilən sosial və təbii amillər sırasındadır.
Demokrat.az


