Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Onlar futbolçulara yaxşı dəstək oldular. Bu cür fanatların olması meydandakı futbola da təsir edir.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban QurbanovAzərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah"la 2:2 hesablı heç-heçəetdikləri oyun barədə danışarkən deyib.
O, hər iki komandanın meydanda layiqli mübarizə apardığını bildirib: "Biz məğlub olsaq da, azarkeşlərin oyunlarımızdan zövq almasını istəyirəm. "Sabah"a gəlincə, sonadək oyunda qalmağı bacardı. Bəlkə də onlar bizdən daha istəkli görünürdülər. Futbolçular da meydanda bir-birlərini yaxşı başa düşürlər".
Demokrat.az


