Hava

Bakıda subasma təhlükəsi ilə bağlı yenidən xəbərdarlıq edildi

Bakıda subasma təhlükəsi ilə bağlı yenidən xəbərdarlıq edildi

Paytaxtda və bölgələrdə hava şəraiti kəskin dəyişir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, aprelin 4-ü səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq.

Demokrat.az xəbər verir ki, yağıntıların bəzi yerlərdə intensivləşəcəyi, ayın 4-də isə qısamüddətli şimşək çaxacağı ehtimal edilir. Güclü yağışlar səbəbindən şəhərətrafı ərazilərdə subasma təhlükəsi yarana bilər.

Rayonlarda da qeyri-sabit hava şəraiti hökm sürəcək. Aprelin 4-dən başlayaraq ölkənin qərb rayonlarından keçən yağıntılı hava dalğası bütün respublikanı əhatə edəcək. Bəzi şərq rayonlarında yağışın güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı və dolu düşəcəyi gözlənilir. Proses ayın 7-si səhərədək davam edəcək.

Yağıntılı hava çaylarda sululuğu artıracaq. Xüsusilə Quba-Qusar bölgəsinin dağ çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş vermə ehtimalı var. Aprelin 7-si və 8-də havada qısa fasilə yaransa da, ayın 9-dan etibarən yenidən yağıntılı şərait bərpa olunacaq. Aprel ayının ilk ongünlüyü ölkə ərazisində ümumilikdə dəyişkən və yağışlı keçəcək.

Demokrat.az

NE
Nihadə Eyyubova