"Fənərbağça" klubunun prezidenti Sadettin Saran yol qəzası keçirib.
Demokrat.azxəbər verir ki, o, klub binasına gedərkən E-5 magistralında avtomobili ilə təcili yardım zolağına daxil olan başqa nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində avtomobilə ziyan dəyib, lakin Saran və sürücüsü ciddi xəsarət almayıb. O, yüngül ağrılara baxmayaraq, görüşdə iştirak etmək üçün klub binasına yollanıb.
Hadisə anı həmin yolda hərəkətdə olan motosikletçinin kamerası tərəfindən qeydə alınıb.
Sadettin Saran’ın içinde bulunduğu aracın kaza yaptığı anların görüntüleri ortaya çıktı!
— Rasyox (@rasyox) March 31, 2026
(Video sahibi: riderhuso) pic.twitter.com/rfrOJzZdUP


