Aprelin 1-də Azərbaycanda yaz havası özünü daha qabarıq göstərəcək. Paytaxtda temperaturun 21, bölgələrdə isə 25 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Bununla belə, gecə və axşam saatlarında bəzi ərazilərdə qısamüddətli yağış ehtimalı var. Səhər saatlarında duman müşahidə oluna bilər. Külək cənub-şərq istiqamətindən əsəcək.
Paytaxtda gecə temperaturun 10-12 dərəcə isti, gündüz isə 16-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununadək yüksələcək, nisbi rütubət isə 75-85 faiz təşkil edəcək.
Regionlarda isə hava əsasən sabit keçəcək. Gün ərzində əksər ərazilərdə yağıntı gözlənilmir, lakin bəzi dağlıq zonalarda qısamüddətli yağış ehtimalı qalır. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək, qərb küləyi mülayim əsəcək.
Rayonlarda gecə temperaturun 7-12 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı bildirilir. Dağlıq ərazilərdə gecə 0-5 dərəcə isti, gündüz isə 10-15, bəzi yerlərdə 18 dərəcəyədək istilik qeydə alına bilər.
Demokrat.az


