Martın 31-də Azərbaycanda gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağıntı gözlənilməsə də, bəzi ərazilərdə qısamüddətli yağış ehtimalı var. Gecə və səhər saatlarında duman müşahidə ediləcək. Şimal-şərq küləyi axşam saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Paytaxtda temperatur gecə 7-10, gündüz isə 12-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqinin yüksələcəyi, rütubətin isə 70-80 faiz civarında qalacağı bildirilir.
Regionlarda isə hava daha qeyri-sabit olacaq. Bəzi ərazilərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Dağlıq rayonlarda qar ehtimalı var, bəzi yerlərdə isə şimşək çaxacağı proqnozlaşdırılır. Axşam saatlarına doğru yağıntıların tədricən kəsiləcəyi bildirilir.
Eyni zamanda, bəzi bölgələrdə duman olacaq, qərb küləyi isə arabir güclənəcək.
Rayonlarda temperatur gecə 8-11, gündüz 15-20 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-6 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti müşahidə ediləcək.
Demokrat.az


