Rusiya hökuməti ABŞ sisteminə keçir

SİYASƏT 16 yan 2020, 10:16

Rusiyanın Baş naziri Dmitri Medvedev 2019-cu ilin sonunda Rusiyanın siyasi sistemində islahatlar planlaşdırıbmış.


Demokrat.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. 


Bildirilir ki, planlaşdırılan islahatlara prezident və icraedici hakimiyyətin birləşməsi daxildir. Bu halda prezident icraedici orqanın rəhbəri olur. Belə bir sxem hazırda ABŞ-da mövcuddur.


Xatırladaq ki, dünən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hökumətin istefası haqqında fərman imzalayıb. Sənəd imzalandığı gündən - 15 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.


Müvəqqəti olaraq Baş nazir vəzifəsinin icrası Dmitri Medvedevə tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top