Gündəm

Şeyx Əbdül Rasim Balayevdən danışdı: “Nəşi axşam gətiriləcək…”

Şeyx Əbdül Rasim Balayevdən danışdı: “Nəşi axşam gətiriləcək…”

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı danışıb. Bu barədə sənətçiBizim.Media-ya danışıb. O, 54 illik dostunu itirdiyini deyib:

“Allah hamımıza səbr versin, yeri behişt olsun. Onsuz da haqq dünyasındadır. Xalqa gözəl əsərlər, gözəl ailə qoyub gedir. Demək olar ki, 54 ildir dost idik. Axşam gətiriləcək, yəqin ki, Birinci Fəxri xiyabanda dəfn ediləcək. Çünki Xalq artistidir, dövlət mükafatçısıdır, İstiqlal və Şərəf ordenli sənətkardır.

Rasim Balayev kimi böyük aktyor üçün Vətən torpağının hər yeri fəxri xiyabandır. İdeologiyanın ən böyük təbliğatçılarından biri Rasim Balayev olub. Azərbaycan kinosu, teatrı, əxlaqı və ideologiyası üçün… Həm də gözəl ailə qoyub gedir. Ən böyük var-dövlət gözəl ailə və gözəl balalardır. Milli-mənəvi dəyərdir. Sənətdə nə lazımdısa, hər şeyi etmişdi”.

Demokrat.az

NE
Nihadə Eyyubova