İdman

"Qarabağ" Nigeriyadan daha bir legioner gətirdi

Qarabağ Nigeriyadan daha bir legioner gətirdi

“Qarabağ” futbol klubu baxışa çağırdığı oyunçuların sayını 3-ə çatdırıb.

"Köhlən atlar”ın yoxlanışa dəvət etdiyi növbəti futbolçu Nigeriyalı Akinrefon Mikail Adetorodur. Hazırda əvəzedici heyətin sıralarında çıxış edən gənc oyunçu bir neçə ay əvvəl Nigeriyaya səfər edən Aftandil Hacıyev tərəfindən bəyənilib. Klubun futbol akademiyasının koordinatorunun Laqosda izlədiyi turnirdə diqqətini çəkən Mikail Adetorodun yaşı 18-dir və o, yarımmüdafiə xəttində oynayır.

Onun həmyerlisi, sol cinah vingeri Onyema Françis Çukvumaobim isə bir neçə gün öncə Azərbaycana gəlib. (sportinfo.az)

Demokrat.az

NE
Nihadə Eyyubova