Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən məhdudlaşdırılıb.
FHN-dən verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
-------
12:44
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
-------
11:45
Bakıda yanğın başlayıb.
Demokrat.az xəbər verir ki, güclü yanğın Bakının bir sıra ərazilərindən görünür.
Yanğının səbəbi və dəqiq ünvanı barədə ətraflı məlumat veriləcək.



