Gündəm

Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib — VİDEO

Su basmış ərazilərdən 20-si azyaşlı olmaqla 84 nəfər təxliyə edilib — VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

12:03

Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

NE
Nihadə Eyyubova