Hava

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Martın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi ərazilərdə isə yağıntıların intensivləşəcəyi gözlənilir. Güclü yağışlar səbəbindən bəzi yerlərdə subasma təhlükəsi qalmaqdadır.

Günün ikinci yarısından etibarən yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Paytaxtda temperatur gecə 8-11, gündüz isə 12-17 dərəcə isti təşkil edəcək.

Bölgələrdə də hava qeyri-sabit keçəcək. Rayonlarda şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Dağlarda temperaturun gecə 7 dərəcəyə qədər şaxta olacağı, yolların buz bağlayacağı bildirilir. Aran rayonlarında isə gündüz saatlarında havanın 20 dərəcəyə qədər isinəcəyi gözlənilir.

Demokrat.az

NE
Nihadə Eyyubova