İdman

Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub edib

Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub edib

Azərbaycan millisi "FIFA Series 2026" beynəlxalq turniri çərçivəsində bu gün ilk matçını keçirib.

Demokrat.az Apasport.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Sent Lüsiya millisi ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşə saat 19:00-da start verilib.

Görüş yığmamızın üstünlüyü ilə keçib. 6 qol vuran komandamız 1 top buraxıb.

Bu, Azərbaycan millisinin tarixində ən böyükhesablı qələbə olub.

“FIFA Series – 2026” 19:00. Azərbaycan – Sent Lüsiya 6:1 Qol: E. Mahmudov, 2-p, R. Sadıxov, 21, M. Qurbanlı, 36, T. Bayramov, 64 - D. Filip, 52-p. Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)

Demokrat.az

NE
Nihadə Eyyubova