Hava

Sabah da leysan olacaq

Sabah da leysan olacaq

Martın 28-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Paytaxtın bəzi hissələrində yağıntıların intensivləşəcəyi, hətta qısamüddətli güclü yağışlar səbəbindən müəyyən əraziləri su basma ehtimalı var.

Paytaxtda gecə və səhər saatlarında duman müşahidə edilə bilər. Şimal-qərb küləyinin gündüz cənub-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir. Temperatur gecə saatlarında 7-9, gündüz isə 10-13 dərəcə isti təşkil edəcək. Rütubətin olduqca yüksək, yəni 90-95 faiz civarında olacağı bildirilir.

Rayonlarda da bənzər hava şəraiti hökm sürəcək. Əksər bölgələrdə yağıntı, dağlıq ərazilərdə isə qar gözlənilir. Xüsusilə şərq rayonlarında prosesin daha aktiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Dağlıq yerlərdə temperaturun şaxtalı olması yolların buz bağlamasına səbəb ola bilər. Sakinlərə ehtiyatlı olmaq, xüsusilə subasma riski olan zonalarda diqqətli davranmaq tövsiyə edilir.

Demokrat.az

NE
Nihadə Eyyubova