Dünya futbolunun canlı əfsanəsi Lionel Messinin "Barselona" akademiyasındakı ilk günlərinə aid nadir fotosu yayılıb. Ulduz futbolçunun uşaqlıq illərini əks etdirən bu görüntü izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Gənc yaşlarında klubun "La Masia" akademiyasına qoşulan Messini fotoda tanımaq demək olar ki, mümkün deyil. Sosial şəbəkə istifadəçiləri futbolçunun keçdiyi çətin və uğurlu yolu "haradan haraya" şərhləri ilə ifadə ediblər.
Nostalji hisslər yaradan bu kadr Messinin karyerasının başlanğıcındakı sadəliyini və illər ərzində qazandığı böyük nailiyyətləri bir daha gündəmə gətirib. Bir çox futbol azarkeşi üçün bu fotoşəkil həm də əzmkarlığın rəmzinə çevrilib.(lent.az) Demokrat.az


