Sağlamlıq Özəl

Kolbasaların ən zərərlisi açıqlandı

Kolbasaların ən zərərlisi açıqlandı

Gündəlik rasionda tez-tez yer alan kolbasa və sosiska məhsulları ümumilikdə sağlam qida sayılmır. Ancaq həkimlər xəbərdarlıq edir ki, bu kateqoriyada xüsusilə təhlükəli hesab edilən növ var.

Demokrat.az xəbər verir ki,Rusiyalı qastroenteroloq Yevgeniya Melnikova bildirib ki, ən zərərli variant hisə verilmiş kolbasalardır. Onun sözlərinə görə, bu məhsulların tərkibində yüksək miqdarda duz, doymuş yağlar, dad artırıcılar və nitratlar olur, bu da orqanizmə ciddi yük yaradır.

Ekspert qeyd edir ki, bu cür emal olunmuş ət məhsullarının tez-tez istifadəsi piylənmə riskini artırır və bunun fonunda II tip diabet inkişaf edə bilər. Eyni zamanda, yüksək duz tərkibi lipid mübadiləsini pozaraq hipertoniya və ateroskleroz riskini yüksəldir.

Onun sözlərinə görə, bu məhsullar mineral balansına da təsir göstərir, nəticədə osteoporoz riski arta bilər. Daha ciddi təhlükələr sırasında isə kolorektal xərçəng ehtimalı da yer alır.

"Kolbasa və sosiska kimi emal olunmuş ət məhsulları gündəlik menyudan mümkün qədər uzaq tutulmalı, yalnız nadir hallarda istehlak edilməlidir", - o fikrini yekunlaşdırıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova