Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulma müşahidə ediləcək, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir, şimal-şərq küləyi əsəcək.
Demokrat.az xəbər verir ki, temperatur gecə 6-9° isti, gündüz 11-16° isti təşkil edəcək. Atmosfer təzyiqi 758–761 mm civə sütunu, nisbi rütubət isə 75–85 % səviyyəsində olacaq.
Azərbaycanın rayonlarında hava bəzi yerlərdə arabir yağıntılı keçəcək, qısa müddətə intensivləşmə, şimşək çaxması, dolu düşməsi ehtimalı var. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 6–10° isti, gündüz 14–19° isti, dağlarda isə gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5–10° isti olacaq.
Demokrat.az


