Hadisə

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.

Demokrat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında meydana gələn yanğın sürətlə yayılıb.

Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 8 yaxta yanaraq kül olub.

Teleqraf bildirir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olub.

Demokrat.az

NE
Nihadə Eyyubova