Gündəm

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün - martın 20-də müsəlman dünyasının müqəddəs Ramazan bayramıdır.

Demokrat.azxəbər verir ki, Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

Ənənəyə görə, Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxmalıdır. Fitrə bayram namazına qədər çıxarılmalıdır. Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Martın 20-də Bakıdakı Təzəpir məscidində bayram namazı saat 09:00-da qılınacaq. Bayram namazının Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınacağı gözlənilir.

Eyni zamanda, paytaxtdakı Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınacaq. Məhz bu gün qılınacaq bayram namazından sonra müsəlmanlar yeni aya keçirlər və onların oruc və niyyətləri qəbul olunur.

Demokrat.az

NE
Nihadə Eyyubova